Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Güclü yağış Gədəbəyin bir sıra kəndlərinin yolunu yararsız hala salıb


3 gün aramsız yağan güclü yağış Gədəbəy rayonun Şınıx bölgəsində 10-a yaxın kəndinin yolunu yararsız hala salıb. Bunu «Azadlıq» radiosuna Gədəbəyin Fərzəli kənd sakini Eldar Cəfərov bildirib.


Gədəbəy Rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Paşa Musayev isə yağış yağmasını təsdiqləsə də zərərin o dərəcədə ciddi olmadığını dedi. Onun sözlərinə görə rayonun bütün bölgələri ilə müntəzəm əlaqə saxlanılır. Müvafiq orqanlar lazımi tədbirlər görürlər. Bundan ötrü rayonda texniki imkanlar yetərincədir.


XS
SM
MD
LG