Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün yaxın günlərdə müsabiqə elan edəcək. İddiaçılar 17 nazirlik və komitədə boş yerlər uğrunda mübarizə aparacaqlar.
Bu barədə məlumat Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilib ( http://www.csc.gov.az/). Bununla yanaşı bildirilir ki, bu siyahı müsabiqədə iştirakı nəzərdə tutulan bütün dövlət orqanlarını əhatə etmir və mütəmadi olaraq digər qurumlardan da mövcud olan vakant vəzifələr siyahıya əlavə ediləcək.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sonuncu dəfə müsabiqəni 2007-ci ilin iyul ayında həyata keçirib. Həmin vaxt 18-dək vakant dövlət qulluğu vəzifələri tutulub.
Müsabiqə iki mərhələdən ibarətdir: iddiaçılar test imtahanından sonra müsahibəyə dəvət olunurlar.