Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 03:13

Azərbaycan fəallarına qarşı həbs və təzyiqlərin artdığı bildirilir


Evin zindanda saxlanıldığı bildirilən azərbaycanlı fəal Abdulla Abbasi Cavan
Evin zindanda saxlanıldığı bildirilən azərbaycanlı fəal Abdulla Abbasi Cavan

«Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi» (ASMƏK) avqustun 18-də yoxa çıxan universitet müəllimi mühəndis Abdulla Abbasi Cavanın böyük ehtimalla Evin zindanda saxlanıldığını bildirir.


Bir həftə bundan əvvəl ETTELAAT idarəsinin əməkdaşları tərəfindən oğurlanan fəalın çoxlu kitab, kompüter və əlyazmalarının da müsadirə edildiyi söylənilir. Lakin, onun ailəsi hələ də həbsin səbəbləri haqda məlumat ala bilməyib və onların məhbusla telefon əlaqəsinə imkan verilməyib.


İran Mühəndislər Birliyinin üzvü olan 36 yaşlı Abdulla Abbasi milli hüquqlar və insan haqları uğrunda apardığı fəaliyyətlərinə görə tanınan bir şəxsdir.


ASMƏK-in verdiyi məlumata əsasən, son vaxtlar bir qrup milli fəala vəkillik etmiş Saleh Kamrani də daxil İranda azərbaycanlı fəallara qarşı təzyiqlər artıb, həbslər genişlənib, bəzi məhbuslara qarşı işgəncələr artırılıb, bəzilərinə qarşı da yeni məhkəmə işləri açılıb.


Ərdəbil həbsxanasında saxlanılan tanınmış fəal Abbas Lisani avqustun 26-da daha bir məhkəmə iclasına aparılmalıdır.


Zəncan şəhərində həbs edilən Bəhruz Səfərinin vəziyyəti haqda bu günə qədər məlumat əldə edilməyib.


Urmiyə həbsxanasında saxlanılan tələbə fəallarından Hadi Həmidi Şəfiqin isə işgəncələrə məruz qaldığı, iki barmağının sındırıldığı və yaraları toxtamadan avqustun 26-da üçüncü İnqilab Məhkəməsinə aparılacağı bildirilir.


XS
SM
MD
LG