Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 05:02

Yunanıstanda meşə yanğınlarında azı 50 adam həlak olub [video]


Ölkədə 1700-dən çox yanğın mənbəyi qeydə alınıb

Yunanıstanda son bir neçə gündə azı 50 adam meşə yanğınlarının qurbanı olub. İtkin düşənlərin sayı dəqiqləşdirilir.


Yunanıstanda artıq iki aydır ki, meşə yanğınları ara vermir.


Ölkə rəhbərliyi fövqəladə vəziyyət elan edib.


Avropa Birliyi dağlarda yanğınların söndürülməsi üçün Yunanıstana aviasiya və xüsusi qüvvə yollayır. Fransa iki, Norveç və İtaliya isə bir təyyarə verəcək. Almaniya iki vertolyot yollayacaq. Bu haqda Avropa Komissiyasının nümayəndəsi məlumat verib.


Alov çoxlu sayda insanı mühasirəyə alıb. Ölkədə, o cümlədən paytaxt Afinada 1700-dən çox yanğın mənbəyi qeydə alınıb.


Yunanıstanda bütün yay qeyri-adi isti keçir. Güclü külək yanğının yayılmasına kömək edir.


Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG