Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:07

Əhalinin sayına görə Xətai Azərbaycanın ən böyük rayonudur


Azərbaycanda insanların daha sıx yaşadıqları iqtisadi rayon qəsəbələri ilə birgə Bakı şəhəridir
Azərbaycanda insanların daha sıx yaşadıqları iqtisadi rayon qəsəbələri ilə birgə Bakı şəhəridir

Bu ilin iyul ayına olan göstəriciyə görə Azərbaycan Respublikasının əhalisi 8.580.215 nəfərdir. Bu məlumatı «Azadlıq» radiosuna Dövlət Statistika Komitəsindən bildiriblər. Əhalinin əksəriyyəti şəhərlərdə-Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı və s. məskunlaşıb.


Respublikada əhalinin sayına görə ən böyük rayon paytaxtın Xətai rayonudur-233.857 nəfər. Sbail bu göstəriciyə görə Bakının rayonları arasında souncu yerdədir. Burada 80.386 nəfər yaşayır.


Əhalinin ən az məskunlaşdığı rayonlar-Naxçıvan Muxtar Respublikasının Sədərək, daha sonra isə Xızı və Oğuzdur.


Azərbaycanın əhalinin sayına görə ən balaca şəhəri Naftalandır-7568 nəfər.


Statistika Komitəsi ölkə əhalisinin sayını 11 iqtisadi rayon üzrə hesablayıb. İnsanların daha sıx yaşadıqları iqtisadi rayonlar isə Bakı şəhəri (qəsəbələri ilə birgə), Aran və Gəncə-Qazax iqtisadi rayonlarıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG