Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:56

Xaricdə təhsil alan tələbələrin təqaüdü artırılacaq


Misir Mərdanov deyir ki, hazırda xaricdə 3 mindən çox azərbaycanlı ali təhsil alır
Misir Mərdanov deyir ki, hazırda xaricdə 3 mindən çox azərbaycanlı ali təhsil alır

Bu il xaricdə təhsil alan tələbələrin təqaüdü artırılacaq. Təhsil naziri Misir Mərdanov bu barədə dövlət başçısının xüsusi tapşırığı olduğunu bildirir.


«Xaricdə təhsil alan tələbələrin təqaüdü daim bizi düşündürür. Cənab prezidentin imzaladığı sərəncamlara görə onların təqaüdü ilbəil artırılır. Bu il də artım gözlənilir. Bu barədə dövlət başçısının tapşırığı var».


Nazirin sözlərinə görə, Azərbaycan vətəndaşları öz hesablarına, müxtəlif ölkə və təşkilatların qrantları və dövlət hesabına xarici ölkələrdə təhsil alırlar. «Dövlətlərarası müqavilələrə uyğun olaraq ən çox tələbə Türkiyədə oxuyur. Rusiya, Çin, Misir, Rumıniya, Çexiya, Slovakiya və Yaponiyada da tələbələr oxuyur».


Hazırda xarici ölkələrdə 3 mindən çox Azərbaycan vətəndaşı ali təhsil alır.


XS
SM
MD
LG