Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 08:12

Yeni tikilən avtovağzalda yanğın olub


Yanğınsöndürənlər gec gəlsə də, yanğını söndürmək mümkün olub
Yanğınsöndürənlər gec gəlsə də, yanğını söndürmək mümkün olub

Yeni tikilən avtovağzalın 4-cü sektoru yanıb. Yanğın sektorun plastik örtüyünü sıradan çıxardıb. Tikintidə işləyən fəhlələr hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinə yanğının qaynaq işləri zamanı baş verdiyini deyiblər.


Heç bir rəsmi açıqlama olmayıb. Jurnalistlərə hadisə yerinə yaxınlaşmağa və çəkiliş aparmağa icazə verilməyib. Yanğınsöndürənlər gec gəlsə də, yanğını söndürmək mümkün olub.


Yeni avtovağzal 6 sektordan ibarətdir və keçmiş Motodromun ərazisində tikilir.


XS
SM
MD
LG