Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:26

«Xalqla açıq danışmaq lazımdır»


AXCP sədri Əli Kərimli: «Azərbaycanda 21-ci əsrin qəddar diktaturası qurulmaqdadır»
AXCP sədri Əli Kərimli: «Azərbaycanda 21-ci əsrin qəddar diktaturası qurulmaqdadır»

«Azərbaycanda elə bir rejim formalaşıb ki, o, xalqın qutulardakı səsini saymaq, heç kimlə hesablaşmaq fikrində deyil. Ümumiyyətlə, müxalifətin varlığını belə qəbul etmək istəmir. Ona müxalif fikir söyləyən hər kəslə hesab çürütmək, bütün tənqidi düşüncələri məhv etmək fikrindədir»-, AXCP sədri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində belə deyib. Müsahibədə daha sonra bildirilir: «Azərbaycanda 21-ci əsrin qəddar diktaturası qurulmaqdadır. Amma bütün bunlara rəğmən Azərbaycanda çox mübariz bir müxalifət var. Bu ölkədə belə qəddar rejimin hələ özünə tabe edə bilmədiyi, rejimin oyunlarında iştirak etməkdən imtina etməyə cəsarəti çatan bir müxalifət var. Amma eyni zamanda xalq onu da bilməlidir ki, ölkənin taleyini yalnız bu insanların ümidinə buraxsaq, onlar əlbəttə tükənərlər, qırılarlar, həbs olunarlar. Ölkənin taleyini yalnız bu adamlar qurtara bilməz. Bu adamlara dəstək vermək lazımdır. Millət dayanmalıdır bu adamların arxasında. Çəkinmədən öz imtiyazlarından, vəzifələrdən, böyük maddi nemətlərdən imtina edən, özlərini, qohumlarını, ailə üzvlərini daim riskə salan bu adamların haqqı var ki, xalqdan adekvat dəstək görsünlər».


Millət vəkili Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin seçkidə iştirakına tərəfdar olsa da, boykotla bağlı səsləndirilən arqumentləri ciddi sayır. Pənah Hüseyn bu fikirləri «Üç nöqtə» qəzetinə bildirib: «Nəticəni hesablasaq, belə bir şəraitdə seçkilərdə mübarizə aparmaq da çox çətindir… Mənim seçkiyə münasibətim «Azadlıq» blokunun münasibəti ilə üst-üstə düşmür. İstənilən halda seçkilərdə iştiraka demokratiya uğrunda mübarizənin bir forması kimi baxıram».


«Ekspress» qəzeti yazır ki, Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərlərini oktyabrda Düşənbədə görüşdürmək istəyir. Rusiya və Ermənistan prezidentləri avqustun 22-də Soçidə görüşərək, bir sıra məsələlərlə yanaşı, Qarabağ danışıqlarının davamı barədə müzakirə aparıblar. Bunun «Ekspress»in suallarına cavabda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib. O, hazırda Qarabağ nizamlanmasına dair həmsədrlərlə tərəflər arasında «növbəti raund»lara hazırlıq aparıldığını təsdiqləyib. Həmçinin bildirib ki, «müzakirələr konfidensial xarakter daşıdığı üçün təfərrüatı açıqlamaq düzgün olmazdı».


Rəsmi dövlət qəzeti olan «Azərbaycan» prezidentin Neftçala və Hacıqabul rayonlarına səfərlərinə geniş yer ayırıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG