Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Seks 60, 70, hətta 80 yaşda da bitmir…


Bütün yaşlarda cinsi fəallığa mane olan yaşdan çox xəstəliklərdir
Bütün yaşlarda cinsi fəallığa mane olan yaşdan çox xəstəliklərdir
Bunu Amerikada aparılan araşdırma göstərib. Həkimlər yaşı 57-dən 85-ə qədər olan üç mindən çox yaşlı adamla söhbət ediblər. Məlum olub ki, yaşlıların çoxu cinsi aktivdir. Həm də yaşlı kişilər, yaşlı qadınlara nisbətən daha fəaldırlar.

Araşdırma onu da göstərib ki, qocaların cinsi problemi tez-tez olur. Amma onlar problemi çox vaxt həkimlə müzakirə edirlər. Sorğuda iştirak edən qoca kişilərin 14 faizi deyib ki, onlar cinsi fəallıqlarını artırmaq üçün dərmanlardan istifadə edirlər. Müəlliflər deyirlər ki, Amerikada əhali qocalmaqdadır, amma qocalar barədə məlumat azdır, yəni yaşlıların cinsi aktivliyi az öyrənilən sahələrdən idi. Və ekspertlər, hamı kimi, fikirləşirdilər ki, adam qocalanda seksə marağı itir. Amma araşdırmanın müəlliflərindən biri Dr.Steysi Tessler Lindau deyir ki, «qocalar sadəcə həyatının sonrakı hissəsini yaşayan cavanlardır».


«New England Journal of Medicine» yazır ki, cinsi passivliyi təkcə yaşla izah etmək olmaz. Bəzi qocalar yalnız partnyor olmadığı üçün heç kimlə yaxınlıq etmirlər, xüsusilə də qadınlar. Amerikada da qadınlar əsasən kişilərdən çox yaşayır. Ona görə də, məsələn, 60 yaşdan sonra hər 10 qadına 8 kişi düşür, 85 yaşdan sonra isə hər 10 qadına 4 kişi…


Həkimlər sorğu-sual etdikləri qocaları üç yaş qrupuna bölüblər. Araşdırma göstərib ki, bütün yaşlarda cinsi fəallığa mane olan yaşdan çox xəstəliklərdir. Şəkəri olanlarda, xüsusilə də şəkəri olan qadınlarda cinsi fəallıq azalır. Amma qocaların əsas problemi olan qan təzyiqi, oynaq xəstəlikləri cinsi fəallığa təsir etmir. Cinsi fəallığın azalması hansısa xəstəliyə işarədir.


Amerikalı həkim-heriatr Uayne Çen isə deyir ki, son araşdırma göstərir ki, həkimlər yaşlı xəstələrlə cinsi fəallıq məsələsini də müzakirə etməlidirlər. Əgər yaşlıların da seksə marağı varsa, onlar hər dərmanı içə bilməzlər. Qocaların qəbul etdiyi bəzi dərmanlar cinsi fəallığa təsir edir.


XS
SM
MD
LG