Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:52

Ali məktəblərin vakant yerlərinin 90 faizindən çoxu tutulub


TQDK xəbərdarlıq edir ki, qəbul olunanlar sentyabrın 3-dək qeydiyyatdan keçməlidirlər
TQDK xəbərdarlıq edir ki, qəbul olunanlar sentyabrın 3-dək qeydiyyatdan keçməlidirlər

Magistraturanın boş qalan yerlərinə 287 nəfər qəbul olub. Beləliklə, ali məktəblərin və magistratura mərhələsinin vakant yerlərinin 90 faizindən çoxu tutulub. Texnikumlara qəbul planı isə tam yerinə yetirilib. Bu barədə «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmisi Elnur Nağızadə məlumat verib.


TQDK xəbərdarlıq edir ki, ali, orta ixtisas və magistraturaya daxil olanlar avqustun 24-dən sentyabrın 3-dək sənədlərinin daxil olduqları tədris müəssisələrinə təqdim edib qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməyən abituriyentlərin qəbul olma haqqında əmrləri verilməyəcək.


Bu il ali məktəblərə dövlət planı 27464 yer olub.


XS
SM
MD
LG