Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Norveçin Pensiya Fondunda 330 milyard dollar var


Norveçdə Milli Pensiya Fondunun (keçmiş Neft Fondu) vəsaiti iyulun 1-də təqribən 330 milyard dollar təşkil edib. Bu haqda ölkənin Milli Bankı məlumat verib. Fond neft və qazın satışından əldə olunan vəsaitlər hesabına formalaşır. Bu, Azərbaycan Neft Fondunun ümumi kapitalından 176 dəfə, Rusiya Sabitləşdirmə Fondununkundan isə üç dəfə çoxdur.


Hazırda dünyada ən böyük sayılan Norveç Pensiya Fondunun vəsaitləri yalnız xaricə yatırılır: 30-50 faizi şirkətlərin səhmlərinə, qalanları isə dövlət istiqraz vərəqələrinə.


XS
SM
MD
LG