Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:12

Əbülfəz Elçibəyin anım günü qeyd olunub


Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qəbirüstü abidəsi, 22 avqust 2007
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qəbirüstü abidəsi, 22 avqust 2007

Avqustun 22-si Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından yeddi il keçir. Bu tarix Elçibəyin anım günü kimi qeyd olunur. Bu münasibətlə Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçiriblər.


Mərasim iştirakçıları arasında Müsavat partiyasının başqanı İsa Qəmbər, əslən İrandan olan azərbaycanlılar da olub. Əbülfəz Elçibəyin qohumu Aqil Səmədbəyli «Azadlıq» radiosuna bildirib ki, eks-prezidentin məzarını bir qayda olaraq müxalif siyasi partiyalar birgə ziyarət etsələr də, bu dəfə belə bir toplantı olmayıb. O, bunu partiyalar arasındakı soyuq münasibətlə əlaqələndirib.


Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.


1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.


Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 22-də 63 yaşında vəfat edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG