Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:16

Tacik və dağıstanlının qətlinin videoyazısı qurama ola bilər


Videoda təsvir olunan hadisə meşədə baş verir
Videoda təsvir olunan hadisə meşədə baş verir

Rusiya Daxili İşlər Nazirliyi (DİN) istisna etmir ki, bu yaxınlarda internetdə yayılan iki adamın qətlinin videoyazısı quramadır.


İlkin ekspertiza zamanı montajın izləri aşkarlanıb. Bu haqda jurnalistlərə DİN-in nümayəndəsi Oleq Yelnikov məlumat verib. O, deyib ki, daha diqqətli yoxlama və hər kadra baxış lazımdır.


Videoyazıda təxminlərə görə, tacik və dağıstanlının qətli göstərilir.


Maykopdan olan tələbə Viktor Milkov milisə gələrək, etiraf edib ki, çarxı elektron poçtla tanımadığı bir adamdan alıb və livejournal.com saytında yerləşdirib.


Videoda təsvir olunan hadisə meşədə baş verir. Kadrda iri planda iki kişi var, onlar əlləri və ayaqları bağlı yerdə uzanıblar. Sonra onlar faşist svastikasının təsviri olan bayraq qarşısında dizi üstə görünürlər. Kamuflyajda olan adam iri bıçaqla əli-qolu bağlı kişilərdən birinin başını kəsib, onu bədənin yanına qoyur. İkinci adam boynunun arxasından güllə ilə vurulur və o, qabaqcadan hazırlanan qəbirə düşür.


Final kadrlarda maskalı iki adam nasist salamı verirlər.


XS
SM
MD
LG