Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:07

«Mənə desələr Qarabağa get, getmərəm…»


İranın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare
İranın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare

«Mənə desələr Qarabağa get, mən getmərəm. Çünki Qarabağ işğal altındadır»-bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare deyib. Səfirin sözlərinə görə, münaqişə tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Nasir Həmidi Zare bildirib ki, işğal nəticəsində insanlara dəyən ziyanı işğalçılar ödənilməlidirlər.


Səfir Qəbələ RLS-lə bağlı məsələni İranın həssaslıqla izlədiyini deyir. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı müzakirə olunacaq.


«Əgər kimlərsə bu məsələyə siyasi və təhlükəsizlik baxımından yanaşarsa, nə Azərbaycanın hökuməti, nə də xalqı buna imkan verməyəcək».


İran prezidentinin Azərbaycana ilk rəsmi səfəri avqustun 21-də başlanır.


XS
SM
MD
LG