Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 11:25

Müxalifət seçkilərin nəticələrindən şikayət verəcək

ATƏT seçkilərin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib
ATƏT seçkilərin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib
Qazaxıstan müxalifəti parlamentin aşağı palatasına avqustun 18-də keçirilən erkən parlament seçkilərinin nəticələrindən şikayət verəcək.

İlkin rəsmi nəticələrə əsasən, parlamentə yalnız prezident yönümlü «Nur Otan» Partiyası keçib. Partiya səslərin 88 faizindən çoxunu toplayıb.



Müxalifətin qənaətincə, seçkilərdə «təhrif və saxtakarlıqlar» olub. «Ak Jol» Partiyası səslərin yenidən sayılmasında israr edir, tələb edir ki, səsvermənin nəticələrinin yoxlanılması üçün bütün siyasi partiyaların iştirakı ilə komissiya yaradılsın.


ATƏT Qazaxıstanda seçkilərin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.


MDB və Şanxay Əməkdaşlıq Təşkilatından olan müşahidəçilər isə seçkilərdən tam razıdırlar.


This item is part of
XS
SM
MD
LG