Bunu Türkiyənin Nəqliyyat naziri Osman Günəş deyir.
Təyyarəni qaçıranlar hakimiyyətlə dörd saatlıq danışıqlardan sonra təslim olublar.
Onlar avqustun 18-də səhər Şimali Kiprdən Türkiyəyə uçan türk sərnişin təyyarəsi qaçırıb, təyyarəni məcburən Antalyada yanacaq doldurmaq üçün yerə endiriblər.
Təyyarədə 136 sərnişin, altı heyət üzvü olub. Onlardan çoxu təyyarə yerə enəndə, qaça bilib.
Təyyarə qaçıranlar tələb edirdilər ki, təyyarə, İrana, yaxud da Suriyaya uçsun.
Türkiyənin NTV televiziyası şahidlərə istinadla xəbər verir ki, onlar ərəb dilində danışıblar, «əl-Qaidə» üzvləri olduqlarını deyiblər.