Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 18:18

Dünya Bankı Azərbaycanın su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına 230 milyon dollar kredit ayırıb


Dünya Bankı Azərbaycanın su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına 230 milyon dollar kredit ayırıb.


Avqustun 17-də kredit sazişini Azərbaycanın Maliyyə naziri Samir Şərifov və Dünya Bankının ölkə üzrə rəhbəri Qreqori Yedjeyçak imzalayıb.


Dünya Bankının Mətbuat Xidmətinin rəhbəri Zaur Rzayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ayrılan vəsait Azərbaycanın 20 rayonunda su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına sərf ediləcək. Zaur Rzayev deyir ki, layihənin ümumi dəyəri 310 milyon dollardır. Onun 80 milyon dollarını Azərbaycan ödəyəcək.


Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Zaur Rzayev deyir ki, bu müddət ərzində Bank 36 layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 1 milyard dollardan artıq kredit verib.


XS
SM
MD
LG