Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

«Bütün narazılar 2008-ci il prezident seçkilərini gözləyir»


Politoloqun fikrincə, demokratik düşərgənin fəallaşması payız aylarında başlayacaq
Politoloqun fikrincə, demokratik düşərgənin fəallaşması payız aylarında başlayacaq

Politoloq Eldar Namazov «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib. Politoloqun fikrincə, Azərbaycanda demokratik düşərgənin və ictimaiyyətin fəallaşması prosesi payız aylarında başlayacaq və yüksələn xətlə gələn ilin yayına qədər artacaq. «Müxtəlif formatda aparılan müzakirələr isə qarşıdakı prosesə daha yaxşı hazırlaşmaq və uğurlu nəticələr əldə etməyə yönəlib. Demək istəyirəm ki, ortalığa siyasi strategiya qoyulmalı, bunun əsasında müəyyən proqram hazırlanmalı və bu layihəni həyata keçirə biləcək informasiya, siyasi və maliyyə resursları ölçülüb-biçilməlidir. Yalnız bundan sonra həmin proqramı tədricən həyata keçirmək lazımdır».


«Zorla Azərbaycan xalqını xoşbəxt etmək olmaz»- Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə «Ayna» qəzetinə müsahibəsində belə deyib. Araz Əlizadə deyir ki, xalqın müxalifətə etimadı yaranmasa, ölkədə ictimai-siyasi və sosial vəziyyət olduğu kimi qalacaq. «Tutaq ki, paritet əsasda seçki komissiyaları təşkil edilsə, bunun Azərbaycanda demokratik seçkilərin keçiriləcəyinə təminat yaradacağına inanmıram».


Avqustun 16-da Azərbaycanla ABŞ arasında qaz kəməri layihəsi ilə bağlı saziş imzalanacaq. Bu mövzu qəzetlərin diqqət mərkəzindədir.«Ekspress» bu sazişi «Trans-Xəzər»ə doğru önəmli addım...» adlandırıb.


Qəzet yazır ki, Bakıdan əvvəl D.Salivan Türkmənistanda da olub. Bəlli olduğu kimi, Türkmənistana Trans-Xəzər qaz kəmərinin əsas təchizatçısı kimi baxılır. Müxtəlif proqnozlara görə, Azərbaycanın bu layihədəki qaz payı ildən-ilə azalacaq, Türkmənistanınkı isə artacaq.


«525» ümid edir ki, müəllimlərin maaşı və tələblərin təqaüdü «yüksək faizlə» artacaq. «Bununla bağlı prezident İlham Əliyevin yeni tədris ilinin əvvəlində xüsusi sərəncam imzalayacağı gözlənilir». Hazırda Azərbaycanda 88652 nəfər tələbə və şagird təqaüd alır. Hazırda ölkədə 174 min 490 müəllim var.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG