Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 00:44

Rauf Abdullayev cəsədi dağıntılar altından çıxarılıb


Abşeron rayon prokurorluğu faktla bağlı cinayət işi qaldırıb

Abşeron rayonunda yerləşən tikintinin uçması nəticəsində dağıntılar altında qalan Rauf Abdullayevin cəsədini bu gecə saat 01:30-da beton qarışığı altından çıxarmaq mümkün olub. Rauf Abdullayevin meyiti tibbi ekspertizaya göndərilib.


Dağıntılar altında qalan Zəngilan rayon sakini, bu tikintidə mühəndis işləyən 45 yaşlı Rafiq Məmmədovun meyitini avqustun 15-də səhər saat 11:29-da dağıntıların altından çıxarmaq mümkün olmuşdu.


Hadisə avqustun 14-də günorta saat 16 radələrində Abşeron rayonu ərazisində yerləşən tikintinin uçması nəticəsində baş vermişdi. Nəticədə tikintidə olan 16 fəhlədən 13-ü xilas ola bilmişdi. 1 nəfər xəsarət almış, iki nəfər isə dağıntılar altında qalmışdı.


Abşeron rayon prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG