Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Mahmudəli Çöhrəqanlı xəstəxanaya düşüb


M.Çöhrəqanlı İranı 2001-ci ildə tərk edib. Hazırda ABŞ-da yaşayır
M.Çöhrəqanlı İranı 2001-ci ildə tərk edib. Hazırda ABŞ-da yaşayır

«Güney Azərbaycan Milli Oyanış Hərəkatı» (GAMOH) kimi tanınan təşkilatın lideri Mahmudəli Çöhrəqanlı xəstəxanaya düşüb. Artıq bir həftədir ki, o, Vaşinqton xəstəxanasındadır. M.Çöhrəqanlı yüksək qan təzyiqindən və şəkər xəstəliyindən müalicə olunur. Hərəkatın Bakıdakı nümayəndəsi Ağrı Qaradağlı «Azadlıq» radiosuna belə deyib.


Qaradağlı deyir ki, M.Çöhrəqanlı hələ İran Azərbaycanında olarkən işgəncələrə məruz qalıb və bəzi xəstəliklərə düçar olub: «O, beyin krizi keçirib, qan təzyiqi və şəkər xəstəliyi var».


Ağrı Qaradağlının sözlərinə görə, Çöhrəqanlının səhhəti ilə bağlı məlumatları bir müddət gizli saxlayıblar ki, İran Azərbaycanında olan fəallarda ruh düşkünlüyü yaranmasın. O, Çöhrəqanlının bir neçə günə xəstəxanadan çıxacağını deyir.


M.Çöhrəqanlı İranda iki dəfə həbs olunub. Məlumatlara görə, İran zindanlarındakı işgəncələr nəticəsində onun beyninə iki dəfə qan sızıb, 2006-cı ilin iyununda İstanbuldan, daha sonra isə Bakıdan deportasiya olunandan sonra kiçik infarkt keçirib.


M.Çöhrəqanlı İranı 2001-ci ildə tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında olub. Hazırda ABŞ-da yaşayır.


XS
SM
MD
LG