Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 12:06

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, bir qədər əvvəl ağzını tikərək aclıq aksiyası keçirən «Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Məhbusun xanımı Tahirə Allahverdiyeva bildirir ki, F.Novruzoğlu həbsdən əvvəl iki dəfə əməliyyat olunub: «Axırıncı dəfə keçən ilin dekabrında əməliyyat olunub. Əməliyyatdan az sonra isə tam sağalmamış vəziyyətdə həbs olunduğu üçün səhhətində problem qaldı».


Tahirə Allahverdiyeva bildirir ki, həmin əməliyyat fəsad verib: «İndi həbsxananın tibb müəssisəsində onu əməliyyat ediblər».


Xanım Allahverdiyeva həyat yoldaşının əməliyyat olunan hissəsində -bağırsağında aparılan təmizləmədən narazı olduğunu da deyir. Onun sözlərinə görə, iki gündən sonra yoldaşını başqa bir tərəfdən əməliyyat edib çirki təmizləyəcəklər.


Fərəməz Novruzoğlu bu ilin yanvarında iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Daxili İşlər naziri Ramil Usubov böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG