ABŞ Dövlət Katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə köməkçisi Daniel Sallivan Bakıda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirir ki, cənab Sallivan avqustun 15-də Dövlət Neft Şirkətində görüş keçirəcək.
«Sonra isə iqtisadi inkişaf naziri ilə görüşməlidir. Sabah xarici işlər naziri və Amerika ticarət palatasının üzviləri ilə görüşməlidir».
Avqustun 16-da axşam 19 30-da D.Sallivan Azərbaycan Dillər Universitetindəki Amerika Mərkəzində çıxış edəcək və bu tədbir mətbuata açıq olacaq.
Deniel Sallivan eyni zamanda ABŞ-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədridir.