Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 18:58

Xokkeyçi qadınlara viza verildi


Britaniya səfirliyi Azərbaycanın ot üstündə xokkey üzrə qadın yığma komandasına viza verib. Komanda avqustun 18-i Mançesterdə Avropa çempionatında iştirak edə biləcək. Səfirliyin Mətbuat Xidmətinin əməkdaşı Sevinc Əsədova belə deyib.


Britaniya səfirliyi əvvəlcə idmançılara viza verməkdən imtina etmişdi. İmtina sənədlərin Britaniyanın immiqrasiya qanunlarının tələblərinə uyğun olmamasıyla əlaqələndirilmişdi.


XS
SM
MD
LG