Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 13:03

Dağıntı altında qalan iki nəfərdən birinin meyiti çıxarılıb


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər
«Neapol» istirahət mərkəzində tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində dağıntı altında qalan iki nəfərdən birinin meyiti çıxarılıb.

Bundan qabaq isə, bir nəfəri sağ çıxarmaq mümkün olub.


Məlumatı ANS Press yayıb.


Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü APA-ya deyib ki, tikinti meydançasında 17 nəfər işləyib, hadisə baş verən zaman onlardan 14-ü qaça bilib, 3 nəfər isə dağıntılar altında qalıb.


Üçüncü şəxsin xilası istiqamətində işlər davam etdirilir.


Artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi qaldırılıb.


Qəza avqustun 14-də saat 16:00 radələrində baş verib.


XS
SM
MD
LG