
33 adam xəstəxanaya yerləşdirilib, onlardan bəzisi ağır vəziyyətdədir.
Baş Prokurorluqdan bildiriblər ki, qəza əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Terrorizm maddəsi ilə cinayət işi açılıb.
Qatarın maşinisti Aleksey Fedotov «Azadlıq» radiosuna deyib ki, partlayış anında qatarın sürəti saatda 185 km olub. Tam dayanana qədər qatar 700 metr hərəkət edib.