Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:27

İşgəncəyə məruz qalan 3 nəfər vəfat edib


İşgəncə hallarının əksəriyyəti polis bölmələrində qeydə alınıb
İşgəncə hallarının əksəriyyəti polis bölmələrində qeydə alınıb

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda işgəncəyə məruz qalan şəxslərdən 3 nəfəri vəfat edib. Bunu İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov «Azadlıq» radiosuna deyib. Komitə rəhbəri altı ay ərzində keçirdiyi monitorinqlərin nəticələrinə açıqlayıb.


Elçin Behbudovun sözlərinə görə, işgəncə hallarının əksəriyyəti polis bölmələrində ibtidai istintaq zamanı qeydə alınıb.


«47 nəfər işgəncəyə məruz qalan var. Onlardan 42-si polis şöbələrində, 3 nəfər isə hərbi hissələrdə işgəncəyə məruz qalıb. 1 nəfər məhkəmə icraçısı tərəfindən məhkəmədə döyülüb». İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elmin Behbudov deyir ki, 3 nəfər işgəncə altında vəfat edib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov bildirir ki, İşgəncələr Əleyhinə Komitənin monitorinqinin nəticələri nazirliyə daxil olmadığından məsələyə münasibət bildirək mümkün deyil.


XS
SM
MD
LG