Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:49

«Tacikistana qoyulan investisiyaların səmərəliliyi aşağıdır»


«Tacikistan investorların ən az müdafiə olunduğu 10 ölkədən biridir»
«Tacikistan investorların ən az müdafiə olunduğu 10 ölkədən biridir»

Rəsmi Düşənbənin yaydığı məlumata görə, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, xüsusən də Azərbaycan şirkətlərinin Tacikistana investisiya qoymaq imkanları daha çox diqqət mərkəzində olacaq.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, Tacikistan xarici investisiyaların cəlbediciliyi baxımdan uğurlu ölkə hesab edilmir. Ekspert «525»ə müsahibəsində bildirib: «Dünya Bankının məlumatına görə, bu gün Tacikistan investorların ən az müdafiə olunduğu 10 ölkədən biridir. Bu siyahıda Tacikistan, Əfqanıstan, Veytnam, Qambia ilə bir yerdə addımlayır. Bu ölkədə gəlirin 87 faizi vergi şəklində dövlət büdcəsinə alınır. Dünya Bankının hesablamalarına görə, Tacikistandan mal ixrac etmək üçün 72 gün tələb olunur. Halbuki, Estoniyada bu, 3, Latviyada isə 6 gündür». Ekspert bu arqumentlərdən çıxış edərək bildirir ki, bu ölkəyə sərmayə qoymaq iqtisadi cəhətdən əlverişli deyil.


Avqustun 12-də Bakının Nardaran kənd sakinləri arasında silahlı toqquşma bir sıra qəzetlərin ön səhifələrində yer alıb. «Azadlıq» qəzeti bu hadisəni «Nardaranda bir sahibkarın pulları uğrunda atışma» hesab edir.


«Azadlıq» a məlumat verən mənbə bildirir: «Bu hadisəni törədən şəxslər çox iri bir sahibkarın Nardarandakı biznes maraqlarının icraçıları hesab edilirlər və ya özlərini belə qələmə verirlər».


Böyükşorda yerləşən 1 saylı ciddi cəzaçəkmə müəssisəsində avqustun 12-dəki qətl hadisəsi qəzetlərin diqqət mərkəzində olub. «Ekspress» yazır ki, məhbus xörək qaşığı ilə goranboylu «avtoritet»i öldürdü. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov baş vermiş insidentlə bağlı hadisə yerində olub. O, bir sıra KİV-lərdə bu qətlin cəzaçəkmə müəssisəsində kütləvi dava-dalaşa, daha bir neçə nəfərin qətlinə səbəb olması ilə bağlı yayılan informasiyaların əsası olmadığını bildirib.


XS
SM
MD
LG