Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 07:33

Əfqanıstanda taliblər iki cənubi koreyalı girov qadını azad ediblər

Daxil olan məlumatlara əsasən, onları avqustun 13-də Qazni əyalətində yerli qəbilə ağsaqqallarından birinə təhvil veriblər. O, isə öz növbəsində, koreyalı qadınları Qırmızı Xaç və Ayparanın nümayəndələrinə verib.


Taliblər bəyan ediblər ki, sağlıq vəziyyətləri xeyli pisləşən iki girov qadının buraxılması «xoş məram jestidir». Yaraqlıların girovunda hələ iyulda oğurlanan 19 cənubi koreyalı missioner qalır.


İki girovu taliblər artıq öldürüblər. Onlar girovları əsir yaraqlılara dəyişməyə çalışırlar.


XS
SM
MD
LG