Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:34

«Putinin təklifi diqqətlə öyrənilməyə layiqdir»


Henri Kissencer Rusiya prezidenti Vladimir Putinlə, 26 aprel 2007
Henri Kissencer Rusiya prezidenti Vladimir Putinlə, 26 aprel 2007
«Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı Qəbələ RLS-i, yaxud Rusiyanın cənubunda tikilən radar stansiyasını ABŞ-la birgə istifadə etmək təklifini diqqətlə öyrənmək lazımdı».

1973-77-ci illərdə ABŞ-ın Dövlət katibi olmuş, Harvard Universitetinin professoru, bütün dünyada məşhur «Diplomatiya» kitabının müəllifi Henri Kissincer «International Herald Tribune» qəzetindəki məqaləsində belə yazır. O, hesab edir ki, təklif irəli sürüldüyü formada qəbuledilməz olsa da, onun içində üst-üstə düşən strateji maraqların təmin edilməsi yollarına yeni baxış var. Kissincer düşünür ki, bu təklif bütün dövlətləri narahat edən qlobal problemləri birgə həll etmək üçün tarixi təşəbbüs ola bilər: «Yaxud Putinin təklifini belə bir tarixi təşəbbüs üçün istifadə etmək olar».

Henri Kissincer yazır ki, güman ki, Kremlin təklifi daha çox taktiki bir manevrdi. Məqsəd də ABŞ-ın Rusiyanın strateji qüvvələrinə qarşı faktiki mövcud olmayan planlarını «faş etməkdi»: «Bundan başqa, məqsəd həmçinin o ola bilər ki, təklifin NATO-Rusiya Şurasına çıxarılmasıyla alyans ölkələri arasında fakir ayrılığı yaransın. Daha bir məqsəd isə Amerikanın Şərqi Avropada raket əleyhinə sistem qurmaq planlarının reallaşmasının Putinin yeni təklifindən asılı vəziyyətə düşməsi ola bilər».


Kissencer yazır ki, əgər Moskvanın məqsədi budursa, onda çox təəssüf: «Əgər Amerikayla Rusiyanın danışıqları müsbət axarda getsəydi, yaxud heç olmasa, buna uğurlu cəhdlər edilərsə, bu, hətta İranın nüvə proqramı ilə bağlı müzakirələri tamamilə yeni müstəviyə keçirə bilərdi».


ABŞ-ın sabiq rəsmisi bildirir ki, eyni zamanda, bu, başqa qlobal problemlərin həlli üçün də yeni imkanlar açardı. Onun fikrincə, Putinin təklifi təfərrüatıyla öyrənilməyə layiqdi. Amma müəyyən suallara da cavab verilməlidi; raket əleyhinə sistemdən birgə istifadə planı necə reallaşa bilər, təklif olunan sistem öz xəbərdarlıq siqnallarına necə cavab verər, eyni maraqları olan başqa dövlətlər bu sistemə necə qoşula bilərlər?


Kissincer hesab edir ki, əgər bu suallara müsbət cavab vermək mümkün olsa, iştirakçı dövlətlər öz strategiyalarını nüvə silahının yayılmaması problemi ilə əlaqələndirə bilərlər:


«Bu zaman raketdən birgə müdafiə sistemi qurmaq təşəbbüsü başqa problemlərin həlli üçün də yeni çərçivə yarada bilər. Bununla da ən dağıdıcı silah haqqında başlanan müzakirə dünyanın daha sakit, dinc bir məkana çevrilməsi üçün yol açar».


XS
SM
MD
LG