Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:11

«Tərəflər əvvəlki mövqelərində qalsalar, kompromisə demək olar ki, ümid qalmır»


«Üçlük»
Kosovonun ərazisinin bölünməsi haqda təklif müzakirə olunsa, diyarın statusuna dair danışıqlarda dalandan çıxmaq olar.

Bu bəyanatla Avropa Birliyinin nümayəndəsi Volfqanq İşinqer çıxış edib.


Bu yaxınlarda Belqradda «üçlüyün» – Avropa Birliyi, ABŞ və Rusiyanın Kosovo probleminə dair Serbiya rəhbərliyi ilə danışıqları olub.


BBC—nin məlumatına əsasən, İşinqer deyib ki, tərəflər əvvəlki mövqelərində qalsalar, onda kompromisə demək olar ki, ümid qalmır.


Kosovonun bölünməsi mövzusu son illər müzakirə olunmayıb. Kosovonun Serbiyadan faktiki müstəqilliyini nəzərdə tutan BMT planını Belqrad və Moskva rədd ediblər.


Problemin həllinə vasitəçilərin beynəlxalq «üçlüyü» – ABŞ, Avropa Birliyi və Rusiya qoşulub.


XS
SM
MD
LG