Avqustun 11-i saat 11:30 radələrində Bakı Poladəritmə Zavodunun oksigen sexində məlum olmayan səbəblərdən partlayış baş verib. İlkin məlumatlara görə, ölən yoxdur. Müəssisənin əməkdaşları «Turan»a bildiriblər ki, partlayışa elektrik avadanlığındakı nasazlıq səbəb ola bilərdi.
Fövqəladə Hallar Nazirliyindən və Binəqədi Rayon Polisindən partlayış barədə məlumata malik olmadıqlarını bildiriblər.