Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 09:55

Türkmənistan prezidenti 11 məhbusu əfv edib


Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov uzunmüddətli cəzaya məhkum olunanların bir qrupuna amnistiya elan edib.

Əfv olunanlar siyahısında 11 adam, o cümlədən, islam ruhanisi Nəsrulla ibn Abdullanın adı var. O, Türkmənistanın ilk prezidenti Saparmurat Niyazova 2002-ci ildə sui-qəsddə iştirakda ittiham olunub və 22 illik həbsə məhkum edilib.


Televiziya müraciətində Berdımuhammedov deyib ki, bu kimi amnistiyalar bundan sonra ildə bir neçə dəfə elan olunacaq.


XS
SM
MD
LG