Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Üç hərbçinin minaya düşdüyü bildirilir


«APA» İnformasiya Agentliyi Ağdamın Ermənistanla təmas xəttində, Yusifcanlı kəndinin ərazisində «N» syalı hərbi hissənin bir polkovnikinin və iki əsgərinin minaya düşdüyünü bildirir. Məlumata görə, hadisə nəticəsində ölən olmayıb, amma əsgərlərdən biri ayağını itirib. Bəzi informasiya agentlikləri isə hər üç hərbçinin ağır bədən xəsarəti aldığını yayıb.


Faktla bağlı Müdafiə Nazirliyi hələlik heç bir açıqlama vermir. Xəbəri nə təsdiq, nə də təkzib edən nazirlikdən bildirirlər ki, ətraflı məlumatı avqustun 10-da yayacaqlar.


XS
SM
MD
LG