Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Təbrizli jurnalistlər məmurların mətbuata təzyiqlərinə etiraz ediblər


İranın «Jurnalist Günü» münasibəti ilə təbrizli jurnalistlərin iclası. 8 avqust 2007
İranın «Jurnalist Günü» münasibəti ilə təbrizli jurnalistlərin iclası. 8 avqust 2007

Avqustun 8-də İranın «Jurnalist Günü» münasibəti və rəsmi dövlət nümayəndələrinin iştirakı ilə Təbriz şəhərinin Xaqani zalında keçirilən iclas tənqidlərlə müşayiət edilib.


« Fars » xəbər agentliyinin məlumatına görə Şərqi Azərbaycan vilayətinin rəsmi Jurnalistlər İttifaqının təşkil etdiyi bu iclasda İttifaqın üzvləri yerli məmurların jurnalistlərə qarşı təzyiqlərinə etiraz edilib.


Şərqi Azərbaycan Jurnalistlər İttifaqının verdiyi rəsmi bəyanatda bildirilir ki, jurnalistlərin gəlir və həyat şəraitinə diqqət yetirilmir, onlar təcrid edilib, informasiya blokadasında qoyulur və tənqidlərə dözməyən vəzifəli şəxslər onlara açıq məlumat vermirlər.


Üç ildən artıqdır fəaliyyət göstərən və 70-dən çox üzvü olan Şərqi Azərbaycan Jurnalistlər İttifaqının iclaslarında bu kimi etirazların dinləndirilməsi nadir hal deyil. Ötən ilin may hadisələrində kütləvi etirazlar zamanı yerli qəzetlərin senzuraya məruz qalması, qapadılması və bir çox jurnalistin həbs edilməsi də İttifaqın iclaslarında qızğın mübahisələrə səbəb olmuşdu.


Son bir il ərzində isə İran hökuməti Jurnalistlər İttifaqına nəzarəti daha da artırıb, tənqidçiləri təşkilatdan uzaqlaşdırıb və bir çox jurnalisti də həbs edib.


«Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi» (ASMƏK) və beynəlxalq «Amnesty» təşkilatı hazırda həbsdə saxlanılan azərbaycanlı jurnalistlərindən Səid Mətinpur və İlyas Yekanın işgəncə edildiyini bildirirlər.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG