Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Bakının əksər parklarında və ictimai yerlərində işıq kəsilib


Parklara və ictimai yerlərə işığın kəsilməsi külli miqdarda borcla bağlıdır

Bakı Elektrik Şəbəkəsi avqustun 8-də Bakının əksər parklarına, fəvvarələrə, liftlərə, yeraltı keçidlərə verilən elektrik enerjisini dayandırıb. Bu barədə «Azadlıq» radiosuna məlumat verən şəbəkənin sözçüsü Tanrıverdi Mustafayevin sözlərinə görə, bununla əlaqədar Mənzil Kommunal Təsərrüfatı Departamentinə və rayon icra hakimiyyətlərinə xəbərdarlıq məktubu göndərilib.


İşığın kəsilməsi külli miqdarda borclarla əlaqədardır. «Onlardan bəziləri bizim xəbərdarlığımızdan sonra borclarını ödəyiblər»-deyən cənab Mustafayevin sözlərinə görə, elektrik enerjisi yalnız borcların tam ödənişindən sonra bərpa olunacaq.


XS
SM
MD
LG