Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:24

«Bakı kanalizasiya çirkabı altında qalacaq…»


Bakı buxtası, bu gün birmənalı olaraq dünyanın ən çirkli regionlarından birinə çevrilib
Bakı buxtası, bu gün birmənalı olaraq dünyanın ən çirkli regionlarından birinə çevrilib

«Azadlıq» qəzetinin 8 avqust tarixli sayı bu yazı ilə başlayır. Qəzet yazır: «Respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi Abşeron yarımadasındadır. Ölkə əhalisinin təqribən 40 faizi və sənaye potensialının 70 faizi bu ərazidə cəmləşdiyindən antropogen təsirlərə daha çox məruz qaldığı üçün ekoloji cəhətdən ölkənin ən gərgin regionudur». Bakının ekoloji vəziyyətini gərginləşdirən amillərdən ən mühümü isə kanalizasiya tullantıları ilə bağlıdır. «Buna heç də uzaqdan deyil, dəniz kənarı parkda gəzən zaman üfunət iyindən təngə gəlib sahildən aralanmağımız kifayət qədər sübutdur».


«Azadlıq» yazır ki, bu gün Xəzər sahilində yerləşən Bakı buxtası, birmənalı olaraq dünyanın ən çirkli regionlarından birinə çevrilib. Ekoloji problemin belə gərgin olmasına baxmayaraq paytaxtın ikinci kanalizasiya sistemi idarəsinin yerində kiməsə mənzil və ya ofis tikməyə icazə verilib.


«Azərbaycanda taxıl və unun qiyməti bahalaşmaqda davam edir». «525» yazır ki, Nazirlər Kabineti ölkəyə idxal olunan buğdanı ƏDV-dən azad etsə də, taxıl və unun qiymətində artım müşahidə olunur.


«Nazirlər Kabinetinin Azərbaycana idxal olunan buğdanın əlavə dəyər vergisindən (ƏDV) azad olunmasından 10 gündən artıq vaxtın keçməsinə baxmayaraq, ölkə daxilində taxılın və unun bahalaşması prosesi hələ də davam edir. Halbuki qərar qəbul edilərkən hökumət rəsmiləri bu addımın unun və buğdanın qiymətinin düşməsinə təsir edəcəyini bildiriblər».


APA -nın araşdırmasına görə, Əli Bayramlı, Sabirabad, Saatlı, Salyan və Hacıqabul rayonlarında ötən 15-20 gün ərzində dəyirmanlıq buğdanın 1 kiloqramının satış qiyməti 10 qəpik (67 faiz) bahalaşaraq 25 qəpik, «əla növ» unun 50 kiloqramlıq standart kisəsinin qiyməti isə 2 manat (10,5 faiz) bahalaşaraq 21 manat olub. Hazırda adıçəkilən rayonlarda çörəyin çəkisi 400 qrama endirilməklə 20 qəpiyə, təndir çörəyi isə 30 qəpiyə satılır.


Ekspertlərin fikrincə, ƏDV-nin ləğvi daxili bazarda satılan buğdanın və unun qiymətinə heç bir təsir göstərməyib.


«KİV-də mövcud olan problemlərdən biri də müxtəlif jurnalist təşkilatlarının rəhbərlərinin belə demək mümkünsə, jurnalistlikdən əl çəkməsidir. Sanki onlar harasa rəhbər seçilməklə öz vəzifələrini bitmiş hesab edir və jurnalist olduqlarını yaddan çıxardırlar. Özlərini məmur kimi aparan bu şəxslərin yazılarının mətbuatda görünməməsi jurnalistikanın ən ciddi problemlərindəndir. Fikrimizcə, jurnalist harada olmasından asılı olmayaraq peşəsinə sadiq qalmalı, yazıları ilə cəmiyyətə xeyir verməlidir». Bu fikirlər Məhərrəm Zülfüqarlının «525»də dərc olunan köşə yazısından götürülüb. O, bildirir ki, «jurnalistikada mövcud olan problemlərin əsas səbəbləri KİV-in maliyyə imkanlarının zəif olmasıdır. Fikrimizcə, gələcəkdə bu imkanlar artdıqca mövcud problemlərin həllində də müsbət irəliləyişə nail olmaq olar».


«Azərbaycan» prezident İlham Əliyevin Qazaxıstana rəsmi dövlət səfərinə geniş yer ayırıb. Qəzet yazır ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün nadir format yaranır.


Ali məktəblərə qəbul olunmuş tələbələrin adlarının açıqlanması avqustun 8-də nəşr olunan bütün qəzetlərin toxunduğu əsas mövzulardan olub. «Mərkəz» qəzeti qəbulun nəticələrini «sensasiyalı» adlandırıb. Belə ki, bu il ilk dəfə olaraq 3 orta məktəb məzunu rekord həddə-700 bal toplayıb.


XS
SM
MD
LG