Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:15

Gəncədə dünya gənclərinin 25-ci qurultayı keçiriləcək


Avqustun 8-də Gəncədə dünya gənclərinin 25-ci qurultayı başlayacaq. Dünyanın 20-yə yaxın ölkəsinin gənclərinin qatılacağı tədbirdə iştirakçılar onları narahat edən problemləri müzakirə edəcəklər.


Qurultayın yerli koordinatoru «Gələcəyə körpü» İctimai Birliyinin sədri Müşfiq Cəfərovun bildirdiyinə görə, əcnəbi qonaqlar Azərbaycanda olduqları 13 gün müddətində yerli adət-ənənələri öyrənmək üçün ailələrdə qalacaqlar. Tədbirin sonunda gənclərin Bakıda paradının keçirilməsi də nəzərdə tutulur.


Mərkəzi qərargahı Portuqaliyada yerləşən Gənclərin Mübadiləsi və Anlaşma Beynəlxalq Şəbəkəsi 1983-cü ildən bəri hər il dünya gənclərini hansısa ölkədə bir araya gətirir.


XS
SM
MD
LG