Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:08

Gürcüstan Rusiyanı ərazisinə bomba atmaqda ittiham edir


Rusiya Hərbi Hava Qüvvələri rəsmiləri isə Gürcüstanın hava sərhədini pozmadıqlarını deyirlər
Rusiya Hərbi Hava Qüvvələri rəsmiləri isə Gürcüstanın hava sərhədini pozmadıqlarını deyirlər

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, iki Rusiya döyüş təyyarəsi Gürcüstanın hava sərhədlərini keçəndən sonra respublika ərazisinə 700 kiloqramlıq bomba atıb. Amma bomba partlamayıb. «Röyters» Agentliyinin xəbərinə görə daxili işlər naziri nazir Vano Merabişvili hadisəni təcavüz adlandırıb.


Hadisə Tbilisinin 65 kilometr qərbində, Cənubi Osteiyaya yaxın bölgədə-Citelubani kəndi yaxınlığında olub. Heç kim xəsarət almayıb.


Rusiyanın Müdafiə nazirliyi isə hadisəni təkzib edib. Nazirlikdən bildiriblər ki, nə bazar ertəsi axşam, nə çərşənbə axşamı səhər Citelubani yaşayış məntəqəsinə təyyarə uçuşu olmayıb. «Ria Novosti» Hərbi Hava Qüvvələri rəsmilərinə istinadən Rusiya məxsus təyyarələrin Gürcüstanın hava sərhədini pozmadığını yazır.


XS
SM
MD
LG