Ali məktəblərə tələbə qəbulu ilə bağlı imtahanların nəticələri açıqlanıb. Abituriyentlər nəticələrlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytında tanış ola bilərlər.
Bu il qəbul imtahanlarında 105 mindən çox abituriyent iştirak edib.
TQDK qəbul kampaniyasına iyulun 17-dən başlayıb. Həmin gün III ixtisas qrupu üzrə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində qəbul imtahanı keçirdilib.
Sonuncu – IV qrupun imtahanı isə iyulun 31-də olub.