Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 05:05

Gəncənin tikinti şirkətlərində yoxlamalar aparılacaq


Dövlət Əmək Müfəttişliyinin əməkdaşları Gəncənin tikinti şirkətlərində yoxlamalar aparacaq. Müfəttişliyin 7 saylı Ərazi İdarəsinin rəhbəri Əkbər Nəsirlinin sözlərinə görə, son dövrlər tikintidə ölüm hadisələri çoxaldığından işçilərin əmək təhlükəsizliyini yoxlamağa ehtiyac yaranıb. Yoxlama zamanı həmçinin işçilərlə əmək müqaviləsinin bağlanıb-bağlanmaması, sosial müdafiə xərclərinin ödənilməsi və s. məsələlər də araşdırılacaq.


Əkbər Nəsirli deyir ki, belə reydlərin ticarət obyektlərində də aparılması nəzərdə tutulur.



Günün bütün mövzuları

XS
SM
MD
LG