Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

«Əli təmiz YAP-çı tanıyırsınızmı?»


Zahid Oruc düşünür ki, «bu gün İlham Əliyevin üzərinə I Pyotrun missiyası düşür…»
Zahid Oruc düşünür ki, «bu gün İlham Əliyevin üzərinə I Pyotrun missiyası düşür…»

«Yeni Müsavat» Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Orucdan müsahibə götürüb. Jurnalist Natiq Cavadlı müsahibəyə belə giriş verib: «AVP hakimiyyətdə olmasa da, iqtidar düşərgəsini təmsil edir və bu təşkilatın rəhbərliyində olanlar əksər hallarda YAP-çılardan artıq YAP-çılıq edirlər. Amma fərq ondadır ki, AVP funksionerləri YAP-çılarla müqayisədə mətbuata açıqdırlar. Bu baxımdan AVP-çi deputat Zahid Orucla söhbətimiz nə qədər sərt alınsa da, o, bütün suallara anlaşıqlı yanaşmağa çalışırdı».


Jurnalistin «əli təmiz YAP-çı tanıyırsınızmı» sualını Zahid Oruc belə cavablandırıb: «Bəli. Amma hakim cinahda da, müxalifətdə də xeyli mədə niyyətli adam tanıyıram. Məsələn, Fərhad Əliyevin hakimiyyət ömrünün bir il uzanmasının səbəbkarı iqtidar-müxalifət münasibətləri olub. Bir daha deyirəm, basdırılmış radioaktiv tullantılara ömür verən müxalifətdir».


«…- Bəs niyə Heydər Əliyev dünyagörüşü əsasında yaranan rejimdə YAP-a «simasız quldurlar partiyası» deyən Sirus Təbrizlilər, Əli İnsanovlar və digərləri yetişir?


-Makiavellinin «Hakimiyyət insanları korlayır» fikri əsaslıdır. İndi hakimiyyətdə korlanmamaq üçün hər bir məmurun üzərində əlavə nəzarət mexanizmi qurmaq olmaz. Hətta prezident bir dəfə dedi ki, peşəkar kadrlar çox azdır. Ona görə də düşünürəm ki, bu gün İlham Əliyevin üzərinə I Pyotrun missiyası düşür…» Müsahibə qəzetin 7-ci səhifəsində ye alıb.


«Yeni Müsavat»ın bazar günü buraxılışda Zamin Hacının «Heydərovun pedaqogikası» adlı köşəsi dərc olunub. Müəllif yazır: «Sizə müjdə vermək istəyirəm: Kəmaləddin Heydərov indi də balacalar üçün dərslik yazır. Xəbərə görə 2007-2008-ci dərs ilində orta məktəblərdə yeni fənlər – «İnformatika və həyatın əsasları», «Çağırış yaşlı gənclərin hazırlanması» adlı dərslər keçiriləcək. Kitabların yazılmasında Təhsil Nazirliyi ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də iştirak edib.


Həqiqətən, Kamal bəyin zəngin həyat təcrübəsi var, bunu cocuqlarla bölüşmək savabdır. Hər bir ağıllı uşaq Heydərovun sərvət toplamaq üsullarını mənimsəməli, həyatın keşməkeşli yollarında əzmlə addımlamalıdır».


Rəsmi dövlət qəzeti olan «Azərbaycan»nın manşet yazısı prezidentin iştirakı ilə keçirilən müşavirəyə həsr olunub. Məqalə «Dinamik sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi» adlanır. Müəllif S.Elmanoğlu yazır: «Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarsının yekunlarına həsr olunmuş iclasında inflyasiya və süni qiymət artımı hallarına qarşı mübarizənin gücləndirilməsi vacibliyini diqqətə çatdırıb».


«Azərbaycan»ın 3-cü səhifəsində qəzetin əməkdaşı Lazım Quliyevin Beyləqan rayonundan hazırladığı reportaj öz əksini tapıb. Məqalədə yazılır ki, bu ilin altı ayında rayonda «699 yeni iş yeri» açılıb.


«Azadlıq» Oqtay Şirəliyevin Səhiyyə naziri təyin edilməsindən sonra bu sahədəki problemlərdən bəhs edən araşdırma dərc edib. Qəzet yazır ki, uşaq ölümü üzrə statistika səhiyyənin bərbad səviyyəsini göstərir.


Politoloq Vəfa Quluzadənin müsahibəsində «Azadlığ»ın bazar sayında yer alıb. Politoloq Ermənistanın müharibəyə hazırlaşdığını deyir. O, iddia edir ki, «Müharibənin başlanması olduqca böyük təhlükədir və nəzərə almaq lazımdır ki, hazırkı cəbhə xətti Azərbaycanın xeyrinə deyil». Müsahibənin dərc olunduğu 5-ci səhifədə Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirməsi və bu ölkəyə göndərdiyi silahların miqdarının artırılmasına Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov münasibət bildirib. Şöbə müdiri Rusiyanı «müdrik siyasət aparmamaqda» ittiham edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG