Britaniya paytaxtının yaxınlığında yerləşən fermalarda dabaq xəstəliyinə tutulma halları təsdiq olunub.
Fermalar ətrafındakı 3 kilometrlik ərazidə bütün heyvanlar məhv ediləcək. Artıq 10 kilometrlik zonada karantin elan olunub.

Altı il əvvəl Britaniya adalarında dabaq xəstəliyinin baş qaldırması ölkə iqtisadiyyatına böyük ziyan vurmuşdu.
Avropa Birliyi daxilində standart ehtiyat tədbiri kimi, dabaq xəstəliyi tapılan ölkədən heyvandarlıq məhsullarının ixracı dayandırılır.
Məlumatlara əsasən, Böyük Britaniya ixracı özü dayandırıb. Avropa Birliyi bu qərarın əsaslığını yoxlayır.
Dabaq xəstəliyinin əlamətləri belədir - heyvanlarda ağız köpüklənir, iştahasızlıq yaranır və dırnaqlarını yara basır.