Faciəvi daşqınlardan əziyyət çəkən Nepal hökuməti yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Ölkə əhalisinin dörddə biri evsiz qalıb, 85 adam həlak olub. İçməli sudan korluq çəkən rayonlarda epidemiyalar başlayıb. Artıq qurbanlar var.
Asiyanın cənubunda faciəvi daşqınlar bu il 19 milyon insanı evsiz qoyub. Ən ağır vəziyyət Hindistanını şimalında və Banqladeşdədir. Yüzlərlə adam həlak olub.