Bu sayğacları işlətmək üçün əvvəldən ödənilmiş kart almaq lazım olacaq.
Bu barədə «Azadlıq» radiosuna Gəncə Regional Enerji Təchizatı İdarəsinin məsul əməkdaşı Rafiq Abbasov məlumat verib. Onun sözlərinə görə, abonentlər onlara təklif edilən məbləğlər arasında seçim etməklə istədikləri qədər elektrik enerjisi ala biləcəklər:
«Daha işıq pulu borcu olan abonentlərin işığını kəsməyə ehtiyac olmayacaq, çünki kart ala bilməyən abonent işıqsız qalacaq».
Rafiq Abbasov deyir ki, bu sayğacların işlədilməsi üçün «Azərenerji» hələlik pilot bölgəni seçməyib.