Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 00:33

Broylerlər bağlanmaq təhlükəsiylə üzləşib


Enerji haqlarının və yem məhsullarının bahalaşması broylerlərin işinə ciddi təsir göstərib
Enerji haqlarının və yem məhsullarının bahalaşması broylerlərin işinə ciddi təsir göstərib

Yem məhsullarının qiymətindən müşahidə olunan bahalaşma Azərbaycanın broyler şirkətlərinin işində problemlər yaradıb. Respublika Quşçuluq Cəmiyyətinin prezidenti Aydın Vəliyevin sözlərinə görə, ilin əvvəlindən enerji haqlarının, həmçinin yem məhsullarının bahalaşması quşçuluq müəssisələrinin gəlirlə işləməsinə ciddi təsir göstərib: «Buna baxmayaraq broyler fabrikləri məhsulların qiymətlərini artırmayıb».


Ötən həftə bir neçə broyler fabriki, o sıradan «Mərdəkan quşçuluq» ASC müvəqqəti olaraq işini dayandırıb. «Mərdəkan quşçuluq» ASC ötən gündən fəaliyyətini bərpa etsə də, Aydın Vəliyev ölkənin broylerlərdən bir neçəsinin bağlanmaq təhlükəsiylə üzləşdiyini deyir.


XS
SM
MD
LG