Türkiyə polisi Ukrayna vətəndaşının saxlanması haqda məlumat yayıb. Birləşmiş Ştatlar onu bank məlumatlarının kompyuter bazasına qanunsuz daxil olma ittihamı ilə beynəlxalq axtarışa verib.
Polisin məlumatına əsasən, saxlanılan Maksim Y. adlı bir nəfərdir, o, dünyada ən tanınmış kompyuter hakerlərindən biridir. Haker Türkiyəyə saxta sənədlərlə gəlib.
Şübhələr var ki, Maksim bank məlumatını beynəlxalq cinayətkar qruplaşmalara satıb.
Türkiyə prokurorluğu bildirib ki, haker ehtimal ki, Amerika hakimiyyətinə təhvil veriləcək.