Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:31

«Minsk Qrupunun fəaliyyəti nəticəsiz qalsa, bu, biabırçılıq olardı»


«Böhtandan söz və fikir azadlığının məhdudlaşdırılması üçün istifadə olunmamalıdır»
«Böhtandan söz və fikir azadlığının məhdudlaşdırılması üçün istifadə olunmamalıdır»
«Əgər ATƏT-in Minsk Qrupunun uzun illər ərzində fəaliyyəti nəticəsiz qalsa, bu, biabırçılıq olardı».

«Trend» Agentliyinin məlumatına görə, Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzə avqustun 2-də keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, tərəflər 2008-ci il prezident seçkilərinə qədər razılaşmaya gəlməlidirlər. Cənab Brayzə növbəti dəfə bəyan edib ki, münaqişənin həlli iki ölkə başçısının qərarından asılıdır. Həmsədr həmçinin erməni və azərbaycanlı ziyalıların səfərlərinin daha intensiv olmasının zəruriliyini söyləyib.

«Qarabağ münaqişəsinin həllində kompromis əldə etmək olar və biz buna yaxınıq. Dövlətlər fədakarlıq etməlidirlər ki, nə isə əldə etsinlər»,- deyə, o vurğulayıb.


«Turan» İnformasiya Agentliyinin məlumatına görə isə, M.Brayzə deyib ki, ABŞ gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinin demokratik və ədalətli olmasına çalışır.


O, həmçinin bildirib ki, hakimiyyət KİV-in fəaliyyətini məhdudlaşdırmamalıdır. Diplomatın sözlərinə görə, Vaşinqtonda bu sahədə vəziyyəti diqqətlə izləyirlər və hakimiyyətlə mətbuat arasında qarşılıqlı anlaşmaya şərait yaratmağa çalışırlar.


Həbs edilmiş jurnalistlərin məsələsinə toxunan ABŞ rəsmisi bildirib ki, bu mövzunu avqustun 2-i və 3-də rəsmilərlə görüşlərdə müzakirə etməyə ümid edir. Eyni zamanda, o, deyib ki, Vaşinqton jurnalistlərin işinin obyektiv araşdırılması və onlar haqda ədalətli məhkəmələrin keçirilməsi haqda məsələ qoyur:


«Əsas diqqət böhtanla bağlı işlərə ayrılmalıdır. Bu işlərdən söz və fikir azadlığının məhdudlaşdırılması üçün istifadə olunmamalıdır».



Mətyu Brayza onu da bildirib ki, Rusiyanın Qəbələ RLS-dən birgə istifadə haqda təklifi ətrafında məsləhətləşmələr davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan bu məsləhətləşmələrin iştirakçısı olmalı və qəbul edilən istənilən qərar Bakı ilə razılaşdırılmalıdır. «Azərbaycana məxsus olan bu obyektdən istifadə üçün bizə mütləq Bakının razılığı lazım olacaq», - deyə diplomat qeyd edib.


ABŞ Dövlət katibinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzə avqustun 2-də Bakıya gəlib. Həmin gün o, prezident İlham Əliyev tərəfindən qəbul edilib.


«AzərTAc»ın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG