Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

«Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi təqsirsizlik prezumsiyasını pozub»


Reportyorların Azadlıq və Təhlükəsizlik İnistitutu (RATİ) Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyini təqsirsizlik prezumsiyasını pozduğuna görə qınayır.


Bu qurumun bəyanatında qeyd edilir ki, «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovla bağlı televiziyalarda hüquq-mühafizə orqanlarının yaydıqları vidieogörüntülər jurnalistin müdafiə hüquqlarını tapdalayır.


Bəyanatda həmçinin, bu barədə birtərəfli məlumatlar yayan kütləvi informasiya vasitələri balansı qorumağa çağırılır.


RATİ hesab edir ki, bütün bunlarda məqsəd jurnalistlərin əfvi gözləndiyi bir şəraitdə müxalif və müstəqil jurnalistikanı ləkələməkdir.


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vuqar Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, Müşfiq Hüseynovla bağlı vidieogörüntülərin yayılmasında qanunsuz heç nə yoxdur:


«Bəzi qəzetlər yazırdılar ki, Müşfiq Hüseynov korrupsiyadan yazdığına görə həbs edilib və bu hadisə jurnalistlərə qarşı bir kampaniyadır. Biz bu məlumatları yaymaqla sadəcə, vətəndaşları məlumatlandırmaq hüququmuzdan istifadə etmişik»..


«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də rüşvət alma ittihamı ilə həbs edilib. Avqustun 1-də Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi hadisəylə bağlı birgə bəyanat yayıb, televiziyalarda vidiogörüntülər yayımlanıb.
XS
SM
MD
LG