Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:14

«Uduzmaqdan söhbət gedə bilməz…»


Məhərrəm Əliyev yeni vəzifə təklif ilə bağlı məsələnin yaxın zamanlarda həllini tapacağını deyir
Məhərrəm Əliyev yeni vəzifə təklif ilə bağlı məsələnin yaxın zamanlarda həllini tapacağını deyir

«- İstefa verəndən sonra ölkəni tərk etməyiniz birmənalı qarşılanmadı...


- Xarici ölkəyə getməyim şəxsi işlərimlə bağlı olub. Getdim gəzdim gəldim. Bunun kimə nə aidiyyatı var?...»- Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-leytenant Məhərrəm Əliyev APA-ya eksklüziv müsahibəsində belə deyib.


Sabiq rəis ölkədən 150 milyon dollar çıxarması ilə bağlı bir sıra qəzetlərin verdiyi informasiyaya da aydınlıq gətirib: «Onu yazanı başa salmaq lazımdır ki, 150 milyon dolları gəzdirmək üçün adama bir «KamAZ» lazımdır. Hələ dünyanın heç bir yerində 150 milyon dollar pulu heç kim təyyarə ilə aparmayıb. Birincisi, bu, mümkün olmayan işdir, ikincisi də belə bir fakt yoxdur axı…»


Məhərrəm Əliyev kadrlarının baş idarədən çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib: «Hərə özünə cavabdehdir. İşdən çıxarılanların hansının günahı olub-olmadığını qoy özləri desinlər».


Sabiq rəis Bakı polisində keçirilən yoxlamanın nəticələrinə də münasibət bildirib: «Orada cəmi bir şey yazılıb ki, guya idarədə cüzi yeyintilər olub. Bəyəm bura zavoddur? Orada nə yeyinti ola bilər? Hamı məvaciblə işləyib. Məvacibdən başqa idarəyə hansı vəsait daxil olub ki, yeyinti də olsun?..»


General deyib ki, belə yazı yazan jurnalistləri öz vicdanlarının mühakiməsinə buraxır: «İndiyə qədər barəmdə yazan heç bir jurnalistin cəzalandırılmasını istəməmişəm, bundan sonra da belə olacaq».


Məhərrəm Əliyev bundan sonra ona hansı vəzifə təklif olunsa baxıb qərar verəcəyini deyib: «Bu tək məndən asılı deyil, yəqin ki, yaxın zamanlarda məsələ həllini tapacaq».


«- Mətbuatda tez-tez vurğulanan məsələlərdən biri də sizin Ramil Usubova uduzmağınızla bağlıdır…


- Bu tamamilə yanlış fikirdir. Hər şeyin bir əvvəli olduğu kimi axırı da var. Burada uduzmaqdan söhbət gedə bilməz. Mən öz raportumla işdən çıxmışam. Hər şeyin zamana ehtiyacı var».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG