Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

Azərbaycan mediasının durumu Helsinki komissiyasında müzakirəyə çıxarılır


Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs
Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs

Avqustun 2-də Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası ( Helsinki komissiyası) mətbuat azadlığı ilə bağlı dinləmə keçirəcək. Dinləmələrdə ATƏT regionunda, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstanda mətbuatın vəziyyəti müzakirə olunacaq. Helsinki komissiyasının yaydığı məlumatda deyilir ki, xüsusilə Rusiya və Azərbaycandakı vəziyyət narahatlığa səbəb olub. «Azad mətbuat sağlam demokratiyanın komponentlərindən biri olsa da, bir çox ATƏT ölkələrində jurnalistlər yenə hədələrə məruz qalır, döyülür, oğurlanır, qətlə yetirilirlər».


Dinləmələrdə Jurnalistləri Müdafiə Komitəsindən Nina Ognianova, «Freedom House»dan Paula Şreffer danışacaq.


«Azadlıq» radiosuna müsahibəsində Paula Şreffer deyib ki, o, Azərbaycanda mətbuatın vəziyyətinin getdikcə pisləşdiyini vurğulayacaq.


«Mən qeyd edəcəyəm ki, Azərbaycanda bir sıra jurnalistlər diffamasiya məsələsinə görə hədəfə çevrilir, bu məsələ onlara qarşı istifadə olunur, azad mətbuatı olan ölkədə belə olmamalıdır. Azərbaycan 1991-ci ildən bəri «Freedom House»un siyahısında azad olmayan ölkələr sırasındadır və reytinqi getdikcə aşağı düşür. Bu, əlbəttə narahatlığa səbəb olur. Azərbaycan mühüm ölkələrdəndir və biz vəziyyətin dəyişməyini istərdik. Azərbaycanda çox fəal, güclü jurnalistlər var, amma onlar çox çətin şəraitdə çalışırlar».


Avqustun 2-nə təyin olunan dinləmələri Helsinki Komissiyasının başçısı, senator Alsi Hanstings və həmsədr, senator Benjamen Kardin keçirir.


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG